Kateqoriyasız

“Neftçi”nin zədəli legionerinin durumu məlum oldu

Azərbaycan Premyer Liqasının XI turunda “Sabah”la oyunda əvəzlənən “Neftçi”nin futbolçusu Yusuf Lavalın durumuna aydınlıq gəlib.

İdmanxeber.az ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.

Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı bildirib ki, nigeriyalı oyunçunun sınığı və daxili orqanlarında zədəsi yoxdur: “Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.

Qeyd edək ki, Yusuf Laval fasilədə Yeqor Boqomolski ilə əvəzlənib. Qarşılaşma “Neftçi”nin 2:3 hesablı məğlubiyyəti ilə bitib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43