21 yaşadək futbolçulardan ibarət Azərbaycan millsinin baş məşqçisi Yaşar Vahabzadə “Antalya Cup” turnirində bu gün Səudiyyə Ərəbistanının U-20 komandasına 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, nəticədən razı qaldığını deyib:
“Lakin oyunumuz məni qane etmədi. Təbii ki, rəqibin azlıqda qalması oyunun gedişinə təsirini göstərdi. Məni narazı salan məqamlardan ən əsası ötürmələrdə çoxlu səhvə yol verməyimiz oldu. Havanın küləkli olması da oyunun keyfiyyətini aşağı salan amillərdən idi”.