Ölkə futbolu

“Qarabağ” üçün bəd xəbər: Yeni transfer sıradan çıxdı

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın yeni transferi Rahid Əmirquliyev ötən gün yoxlama matçında zədələnib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun yeni transferi Polşa “Yaqelloniya”sı ilə matça sıradan çıxıb.

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmaması tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Qarabağ” Polşa klubuna 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43