Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç yaxın günlərdə istefaya göndəriləcək.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb komandanın AVRO-2016-nın seçmə mərhələsində uğursuz çıxışıdı.
Xorvatiya seçmə mərhələdə Azərbaycanla qolsuz heç-heçə edəndən sonra Norveçə 0:2 hesabı ilə uduzub. Bununla da xorvatlar H qrupunda 3-cü pilləyə enib.
Bundan başqa, futbolçuların Kovaçın taktikasından narazı olduğu bildirilir. Həmçinin millinin aparıcı üzvü Luka Modriçlə baş məşqçi arasında münasibətlər gərgindi.