“Barselona” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya təmsilçisinin qapıçısı Klaudio Bravo zədələnib.
Qolkiperin ən azı bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Buna görə də, Bravo sentyabrın 12-də keçiriləcək “Atletiko” ilə matçda forma geyinə bilməyəcək.