Dünya futbolu

“O stadionda qalib gəlmək çətindir” – Lionel Messi

PSJ-nin hücumçusu Lionel Messi Fransa mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatınas görə, argentinalı futbolçu komandanın son oyunlarda Liqa1-dəki çıxışından danışıb. O, Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə cavab görüşü barəsində də fikirlərini bildirib:

“Lill” və “Marsel” üzərindəki qələbələr bizə əlavə motivasiya verir. Biz titul uğrunda mübarizə aparırıq. Düşünürəm ki, “Marsel”lə matçda daha güclü oynadıq, komanda bu qələbələr sayəsində gücləndi. Mümkün olan hər şeyi etməyə və irəliləmək üçün “Bavariya” ilə qarşıdurmada vəziyyəti döndərməyə çalışacağıq. Məqsədimiz budur. Oyuna bu münasibətlə köklənirik. Münhendə bizi çox çətin oyun gözləyir. Hər şeyi xırda detallar həll edəcək. Çünki o stadionda qalib gəlmək çətindir. Ancaq hər şeyi düzgün etsək, fərq yarada bilərik. Biz Çempionlar Liqasında yolumuza davam etmək istəyirik və bunu etməyə çalışacağıq”.

Almaniyada baş tutacaq “Bavariya” – PSJ matçı martın 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43