Dünya futbolu

“Mançester Siti”nin üzvü “Barselona”ya keçmək istəyir

“Mançester Siti”nin futbolçusu Emerik Laport karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona” müdafiəçinin xidmətində maraqlıdır. Tərəflərin artıq danışıqlara başladığı bildirilir.

Mövsümün əvvəlində zədəsi olan Laport “şəhərlilər”də heyətə düşməkdə çətinlik çəkir. 28 yaşlı oyunçunun da Kataloniya təmsilçisinə keçmək istədiyi vurğulanıb.

Baş məşqçi Xavi Hernandesin israrla istədiyi müdafiəçi yayda La Liqada çıxış edə bilər.

İspaniyalı futbolçu cari mövsüm Premyer Liqada cəmi 7 oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43