Dünya futbolu

Əliyar Ağayev UEFA Konfrans Liqasının oyununda

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43