Ölkə futbolu

Oğuz Çətindən “Xəzər Lənkəran”a təşəkkür: “Azərbaycanda çox önəmli işlər gördük”

“Xəzər Lənkəran”dan ayrılan Oğuz Çətinin TRT Spor kanalında yayımlanan “Furbol Arena”sı verilişində daimi ekspert kimi çıxış edəcəyi haqda sizə xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis verlişdə “Xəzər Lənkəran”dakı xatirələri haqda da danışıb:

“Azərbaycanda Bir il çalışdım. 6 ay “Xəzər Lənkəran”da Mustafa Dənizlinin köməkçisi vəzifəsində işlədim. Qalan müddətdə isə komandanı tək çalışdırdım. Orada çox dəyərli insanlarla işlədim. Əvvəlcə Mustafa müəllimlə Azərbaycanda çox önəmli işlər gördük. Ən əsası isə komandanın prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovun böyük dəstəkləri sayəsində hazırlıqlara davam etdim. “Xəzər Lənkəran”da çox əla ab-hava var. Lakin son günlər komandanın strategiyasındakı dəyişikliklərə görə bir qərara gəlib, klubdan ayrıldım. Ancaq Azərbaycan deyəndə, oradakı bir çox xatirələri daşıyaraq ayrıldım. Hər kəsə təşəkkür etmək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43