İdman

Olaylı “Fənərbaxça” – “Beşiktaş” matçı ilə bağlı yekun qərar verildi – RƏSMİ

Türkiyə Futbol Federasiyası ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə baş vermiş hadisələrlə əlaqədar yarımçıq qalan “Fənarbaxça” – “Beşiktaş” matçı ilə bağlı qərarlarını açıqlayıb. 
İdmanxeber.com-un məlumatına görə, görüşün 57-ci dəqiqədən etibarən qaldığı yerdən davam etdirilməsinə qərar verilib. Qarşılaşmanın qalan hissəsi boş tribunalar qarşısında davam etdiriləcək.  
Qeyd edək ki, Türkiyə Kubokunun aprelin 19-da keçirilmiş “Fənərbaxça” – “Beşiktaş” qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43