Ölkə futbolu

Oluremi qayıtdı, Cavid cəzalı durumda

"Sumqayıt"la oyunu buraxan AZAL-ın futbolçusu  Con Oluremi yenidən heyətə qayıdıb. Təbii ki, bu fakt məşqçilər korpusunu sevindirməyə bilməz. Amma heyətlə bağlı problemlər hələ də aktuallığını qoruyur. Belə ki, son oyunda 4-cü sarı vərəqə alan Cavid Tağıyev növbəti turda meydançaya çıxa bilməyəcək. Üstəlik Xuan Fransisko və Samuel Barlay da zədə səbəbindən məqşlərə qatıla bilmir. Çox güman onların hər ikisi “Qarabağ”la matçda iştirak edə bilməyəcəklər.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43