İdman

Ömürlük futboldan uzaqlaşdırılan məşqçi: “Elə bilirdim, o söhbət bağlanıb, üzr istəyəcəm”

“Deyə bilmərəm ki, AFFA doğru qərar qəbul etməyib. Səhvim var, günahkaram. Ancaq istəməzdim belə olsun”.

İdmanxeber.com-a açqlamasında bu sözləri “Neftçi”nin sabiq məşqçi-metodisti Ağakişi Mehdizadə deyib. Bu gün AFFA Nizam-İntizam komitəsinin keçirdiyi iclasdan sonra ömürlük futboldan uzaqlaşdırılma cəzası alan Mehdizadə, qararı haqlı hesab edir: “Etiraf edirəm, günahım olub. Ancaq səhvsiz insan yoxdu. Sabah AFFA-ya gedəcəm və məsələni tam olaraq araşdıracam. Təxmini bilirəm, nə məsələdi. Ancaq bu çox köhnə mövzudu, mən elə bilirdim, bu söhbət artıq bağlanıb. 15 gün ərzində Apellyasiyaya müraciət edə bilərəm. Üzr də istəyəcəm, bəlkə cəzam yüngülləşə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43