Dünya futbolu

“Onunla bir neçə dəfə Polşa yığmasında işləməklə bağlı danışmışam” – De Byazi

Millimizin baş məşqçisi Canni De Byazi Polşa millisini çalışdırmaq istədiyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, “SportoweFakty” nəşrinə danışan 66 yaşlı mütəxəssis Polşa Futbol Assosiasiyasının sabiq prezidenti Zbiqnev Boneklə bir neçə dəfə danışıqlar apardıqlarını deyib:

“Polşa millisindən bir addım uzaq idim. Boneklə bir neçə dəfə Polşa yığmasında işləməklə bağlı danışmışam. Tarixləri xatırlamıram. Çünki o vaxtdan sonra çoxlu federasiya və klublarla danışmışam. Amma dediyim kimi, bir neçə dəfə əlaqə saxlamışıq”.

Polşa Futbol Assosiyasının rəsmilərindən biri yerli mətbuata açıqlamasında Canni De Byazinin yığmanı çalışdırmaq istəyi ilə bağlı siqnallar aldıqlarını deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43