Norveçin “Bryune” klubunun qapıçısı Yan de Bur “Bodo Qlimt”lə matçda oyunun ən yaxşısı seçilib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçuya bu səbəbdən qeyri-adi mükafat verilib. Ona 4 paket yumurta hədiyyə edilib.
Qarşılaşma “Bodo Qlimt”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qeyri-adi mükafatlar klubun təmsil olunduğu eyniadlı şəhərdə kənd təsərrüfatında ət və süd istehsalının üstünlük təşkil etdiyinə işarədir.

