Kateqoriyasız

“Oyunun sonu istədiyimiz kimi bitmədi” – “Neftçi”nin oyunçusu

“Növbəti matça hazırlanmaq üçün bir həftə vaxtımız var. Oyunun sonu istədiyimiz kimi olmadı. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ataa Caber  Rapid” (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. O, daha sonra belə davam edib:

“Azarkeşlər bizə çox dəstək oldular. Bu gün mükəmməl idilər. Cavab oyununda da bizi dəstəkləyəcəklərinə inanıram. Onlara layiq oyun göstərməliyik. Qol vurduğum üçün şadam. Bunu komanda yoldaşlarımın sayəsində bacardım”

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43