Dünya futbolu

Ozan Can oynadı, komandası qalib gəldi

Niderland II liqasında növbəti turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün çıxış etdiyi “Eyndhoven” səfərdə “Telstar”la üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

46-cı dəqiqədə meydana daxil olan Ozan Can sona qədər komandası ilə mübarizə aparıb.

Aktivində 42 xalı olan “Eyndhoven” 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43