Dünya futbolu

Özil, Qomes və Drakslerin son durumu müəyyənləşdi

Zədə səbəbindən İngiltərəyə qarşı baş tutan yoxlama oyununda iştirak etməyən Almaniya millisinin üzvləri – Məsut Özil, Mario Qomes və Yulian Drakslerin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, futbolçuların durumunda ciddi problem yoxdur. Bunu İngiltərə ilə oyundan sonra yığmanın baş məşqçisi Yoahim Löv deyib. O, bildirib ki, adıçəkilən futbolçular DÇ-2018-in seçmə mərhələsində millimizlə səfər oyununda iştirak edə bilərlər:

“Daha öncə dediyim kimi, Özil və Drakslerin əzələ problemi var. Amma bu, ciddi deyil. Onları Bakı səfərinə aparmaqda hansısa problem görmürəm. Qomes də Azərbaycanla oyuna hazır olacaq”.

İngiltərə ilə matçdan öncə baş tutan məşqdə zədə alan Sami Xediranın zədəsi isə qeyri-müəyyəndir. Futbolçunun Bakıya gətirilib-gətirilməyəcəyinə tibbi müayindən sonra aydınlıq gələcək. Manuel Noyer və Timo Verner isə zədə səbəbindən millinin düşərgəsindən ayrılıblar.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43