l Divizion

“Zaqatala”ya texniki məğlubiyyət veriləcək

Azərbaycan çempionatının I divizionunun XXI turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununun nəticəsi ləğv olunacaq.

İdmanxeber.com-un məlumatına görə, hazırda davam etməkdə olan oyunda cəzalı futbolçudan yararlanan qonaq komandaya texniki məğlubiyyət verilə bilər.

Bu, AFFA-nın İntizam Komitəsinin növbəti yığıncağında rəsmiləşəcək.

Məsələ ondadı ki, “Zaqatala” danışılmış oyunlarda iştirak üzündən yarışdan kənarlaşdırılan “Rəvan”ın milliləşən legioneri Tagim Novruzovu heyətinə qatıb. Rusiyalı futbolçu yeni klubuna azad agent statusu ilə keçsə də, cəzası da qalıb.

Belə ki, Novruzov XIX turun MOİK-lə matçında qırmızı vərəqə aldığı üçün bir oyunluq cəza alıb. Onun cəzasının rəsmiləşdiyi iclasda “Rəvan” çempionatdan xaric edilib. Bu üzdən də futbolçunun cəzası XX turda silinməyib. Çünki “Rəvan”ın oyunu baş tutmayıb.

Legioner “Zaqatala”ya keçdikdən sonra isə yeni klubu onu dərhal meydana buraxıb. Bu isə qaydalara zidd olduğundan əyalət klubunu texniki məğlubiyyət gözləyir.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43