“Qəbələ”nin futbolçusu Murad Musayev “CBC Sport” kanalına açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı müdafiəçi əvvəlki formalarını bərpa etməyə çalışdıqlarını deyib:
“Bakıda olanda fiziki hazırlıq keçdik. Burada topla oyunlara üstünlük veririk. Hər şey qaydasındadır, komandada ümumi əhval-ruhiyyə yaxşıdır. Durumumuz yaxşıya doğru gedir. Tez bir zamanda əvvəlki formamızı bərpa etməyə çalışacağıq.
Yeni gələn oyunçu özünü yeni hiss etmir. Həqiqətən çox yaxşı kollektivimiz var, biz bir ailəyik. Yeni gələn oyunçular maksimum bir gün çətinlik çəkə bilər. Özlərini illərdir bu komandada olmuş kimi hiss edirlər.