Kateqoriyasız

Mahir Emreli Super Kubok matçını buraxacaq

Millimizin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiya “Hayduk”a qarşı Xorvatiya Super Kuboku uğrunda oyunu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.

O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, iyulun 9-da “Maksimir” stadionunda oynanılacaq “Dinamo” – “Hayduk” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43