UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” Bakıya bu gün gələcək.
İdmanxeber.com-un məlumatına görə, Afina təmsilçisinin paytaxtımıza gələcək heyəti müəyyənləşib.
“Panatinaikos”un baş məşqçisi Yannis Anastasiou Bakıda 20 futbolçunun xidmətindən yararlanacaq.
Qeyd edək ki, sabah, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı saat 21:00-da başlayacaq.
Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Lyuk Stil, 45. Nikos Qiannakopoulos
Müdafiəçilər: 3. Diamantis Kukumis, 4. Giorgos Koutroumbis, 12. Nikos Marinakis, 20. Stathis Tavlaridis, 21. Nano, 25. Rasmus Telander
Yarımmüdafiəçilər: 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniel Pranyiç, 14. Abdul Ayaqun, 17. Robin Lod
Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç