Kateqoriyasız

Premyer Liqada 3-cü turun oyunlarının keçirilmə vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının üçüncü turunun oyunlarının keçirilmə vaxtları ilə bağlı dəyişiklik edilib.

İdmanxeber.com-un məlumatına görə, artıq iki oyunun öncədən təyin olunduğu gündə keçirilməyəcəyi dəqiqləşib. Belə ki, AZAL – “Qarabağ” matçı ayın 22-də yox, 23-də keçiriləcək. “Zirə” – “İnter” matçı isə ayın 22-dən 24-nə keçirilib.

“Xəzər Lənkəran” – “Rəvan” matçı ayın 22-də, “Neftçi” – “Sumqayıt” görüşü 23-də keçiriləcək.

Hələlik, “Qəbələ” – “Kəpəz” görüşünün taleyi bəlli deyil. Bu oyun öncədən avqustun 23-nə təyin olunsa da, 24-də keçirilməsi istisna edilmir.

Qeyd edək ki, bütün oyunlar saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43