Kateqoriyasız

“Barselona”nın futbolçusu “Portu”da

İspaniyanın “Barselona” klubunun futbolçusu Kristian Tello karyerasını Portuqaliyada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 24 yaşlı hücumçu 2015/2016 mövsümündə icarə əsasında “Portu”da çıxış edəcək. Bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Tello 2011-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43