22 Dekabr 2024
Kateqoriyasız

Pantiç: “Hər şeyi hamı öz gözləriylə gördü”

“Qələbə qazandığımıza görə şadam. Komandamız çox yaxşı oynadı. Buna görə futbolçularıma minnətdaram. Bütün aspektlərdə rəqibi üstələdik”.

Bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə oyununu şərh edərkən deyib.

İspaniyalı mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Cavid Hüseynovun meydandan qovulmasını şərh etmək istəmirəm. Hər şeyi hamı öz gözləriylə gördü. Onu deyə bilərəm ki, biz hətta azlıqda qaldıqdan sonra da rəqibdən pis təsir bağışlamadıq. Artıq bu oyunu unudub növbəti görüşə hazırlaşmağımız lazımdı. Komandam hələ tam formalaşmayıb”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43