Kateqoriyasız

PAOK “Qəbələ”yə Pereyranı bir şərtlə verdi

“Qəbələ”nin PAOK-dan transfer etdiyi Fakundo Abel Pereyra Avropa Liqasının qrup mərhələsində sabiq komandasına qarşı səfərdə oynamayacaq.

Bu barədə klubdan İdmanxeber.com-a məlumat verilib.

Bildirilir ki, argentinalı futbolçunun müqaviləsində belə bir şərt var ki, onun PAOK-a qarşı səfər matçında yox, Bakıdakı qarşılaşmada oynamaq hüququ var.

Qeyd edək ki, Pereyra “Qəbələ” ilə bir illik icarə müqaviləsi imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43