“Barselona”nın yarımmüdafiəçisi Pedri komanda ilə məşqlərə başlayıb.
İdmamxeber.az məlumat verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, o, Çempionlar Liqasının PSJ-yə qarşı ilk oyununda meydana çıxa bilər. Qarşılaşma aprelin 16-da baş tutacaq.
Pedri bu ayın əvvəlində bud əzələsindən zədə almışdı.