13 İyul 2026
Kateqoriyasız

PFL yeni turnir təşkil edəcək – “Araz Naxçıvan” da qatılacaq

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev Kuboku” turniri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, may ayının 25-27-si tarixi aralığında keçiriləcək turnirdə “Araz Naxçıvan”, “Neftçala”, “MOİK” və “Şərurspor” komandaları iştirak edəcək.

Oyunlar Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43