“Mançester Yunayted” və “Lids” Norveçin paytaxtı Osloda yoldaşlıq oyunu keçirəcək.
İdmanxeber.az xəbər verir ki, bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb. Görüş iyulun 12-də “Ullevol” stadionunda baş tutacaq.
“Mançester Yunayted” Premyer Liqanın son turu öncəsi üçüncü pillədə qərarlaşıb və Çempionlar Liqasında iştirakını təmin edib.
“Lids” 31 xalla sonuncu pillədə yer alır.