Dünya futbolu

Gözlənən oldu: “Real” ingiltərəli futbolçu ilə anlaşdı

“Borusiyya”nın futbolçusu Jud Bellingem növbəti mövsümdən İspaniyada çıxış edəcək.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Real”la anlaşıb. “Kral klubu” gənc oyunçu ilə 6 illik müqavilə bağlayacaq.

Madrid təmsilçisi Bellingemə qarşılıq Dortmund klubuna 100 milyon avro ödəyəcək.

19 yaşlı oyunçu 25 milyon avro qarşılığında İngiltərənin “Birmingem Siti” komandasından “Borussiya”ya keçmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43