Dünya futbolu

Premyer Liqa klubları Norveçdə görüşəcək

 “Mançester Yunayted” və “Lids” Norveçin paytaxtı Osloda yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb. Görüş iyulun 12-də “Ullevol” stadionunda baş tutacaq.

“Mançester Yunayted” Premyer Liqanın son turu öncəsi üçüncü pillədə qərarlaşıb və Çempionlar Liqasında iştirakını təmin edib.

“Lids” 31 xalla sonuncu pillədə yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43