Ölkə futbolu

“Kəpəz”in aparıcı siması bu kluba təklif olundu, xəbər çıxmadı – ÖZƏL

“Kəpəz”in futbolçusu Ahmed Ayzaya “Qəbələ”yə təklif olunub.

İdmanxeber.az-a daxil olan məlumata görə, cari mövsümü yüksək səviyyədə keçirən təcrübəli futbolçunun menecerləri “Qəbələ”yə yarımmüdafiəçinin mümkün keçidi ilə bağlı müraciət ediblər. Lakin “qırmızı-qaralar” bu məsələdə tələsməyə çalışmır.

“Qəbələ” rəhbərliyi mövsümü yaxşı formada keçirən komandanın özəyini saxlamağa çalışır. Bu baxımdan da əsas məsələ hazırkı futbolçularla müqavilənin yenilənməsidi.

Nigeriyalı futbolçunun “Qəbələ”yə keçib-keçməyəcəyi isə qarşıdakı həftələrdə bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43