Dünya futbolu

Premyer Liqa klublarının hədəfindəki “Barselona”lı

Premyer Liqa klubları “Barselona”da çıxış edən Fermin Lopeslə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa” və “Everton” 20 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir.

13 yaşından bəri “Barselona”da olan Fermin Lopes bu mövsümdən etibarən Katalon klubunda əsas heyət üzvünə çevrilib. O, bütün turnirlərdə 31 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43