Ölkə futbolu

AFFA hakimləri bu tarixdə sevindirəcək

Azərbaycanda futbol hakimlərinin 3 aydır maaş ala bilmədiyini xəbər vermişdik

Referilərin əmək haqqlarında gecikmə olmasının səbəbini öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq.

O, İdmanxeber.az saytına xəbərimizi təsdiqləyərək, bunları dedi:

“Bəli, maaşlarda müəyyən gecikmə var idi. Amma bu həftənin sonuna kimi hakimlərə nəzərdə tutulan bütün ödənişlər olacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43