Premyer Liqa klubu “Brentford”un hücumçusu Ayvan Toni ağır cəzaya məruz qala bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun haqqında bukmeker konturları ilə bağlı ciddi ittihamlar var. Onun mərc oynadığı barədə əsaslı sübutlar təyin edilib.
Toni bunların bir qismini qəbul edib. Hazırda İngiltərə Futbol Federasiyasında oyunçuya hansı cəzanın veriləcəyi müzakirə edilir.
26 yaşlı futbolçu mövsüm sonuna qədər futboldan uzaqlaşdırıla bilər. O, cari mövsüm Premyer Liqada 21 oyunda 14 qol vurub.