Ölkə futbolu

“Qarabağ”dan qələbə, “Neftçi” xal itirdi – Yenilənib

Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunları keçiriləcək.

Turun ilk  qarşılaşmasında  “Sabah” “Sumqayıt”la heç-heçə edib -1:1.

Paralel başlayan  “Zirə” – “Keşlə” matçında isə ev sahibi komanda 2:0 hesabı ilə qələbə qazanıb.

Turun digər matçında ikinci yerdə olan “Qarabağ” üçüncü pillədə yer alan “Səbail”in qonağı olub. Ağdam klubu görüşdə 1:2 hesablı  qələbə qazanaraq, liderlik uğrunda mübarizəni davam etdirib.

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son oyunda lider “Neftçi” “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə bitib.

15 mart (cümə)

16:00. “Sabah” – “Sumqayıt” 1:1

Qol: Elvin Məmmədov, 40 (0:1), Rəşad Eyyubov, 77 (1:1)

Qırmızı: M.Deviç, 28
Hakimlər
: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena

16:00. “Zirə” – “Keşlə” 2:0

Qol: Sezar Rodriqez, 68,79
Hakimlər
: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

16:45. “Səbail” – “Qarabağ”  1:2

Qol: Kintana, 34, Ağabala Ramazanov, 42, Almeyda, 78 (p)
Hakimlər
: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena

19:00. “Neftçi” – “Qəbələ”  1:1

Qol: Mamadu Mbodj, 54 (ö.q), S.Monroz,  72
Hakimlər
: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Bakcell Arena


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43