Ölkə futbolu

Qurban Qurbanov: “Rəqib bizi səhv etməyə məcbur edir”

“Vacib üç xal qazandıq. Oyunun sonuna kimi döyüşdük. Aftandil  Hacıyevi təbrik edirəm. komandası çox yaxşı oynayır. Bu gün bizə də çətinlik yaratdılar. Onlara uğurlar arzulayıram. Azekeşlərimiz bu gün möhtəşəm idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXI turunda səfərdə keçirilən “Səbail” matçından sonra deyib. Qurbanov daha sonra Bədavi Hüseynov və digər oyunçuların meydanda etdikləri səhvlərdən danışıb:

“Səhvsiz oynamaq mümkün deyil. Rəqibi də nəzərə  almaq lazımdır. Onlar bizi səhv etməyə məcbur edirlər. “Səbail”in oyunu daha çox bunun üzərəni qurulub. Bu gün onlar daha diqqətli oynayırdılar. Artıq elə bir haldır ki, səni rəqiblər siz səhv etməyə məcbur edir. Bədavi çox da pis oynamadı. Ümumən oyunçulardan razı qaldım”.

Təcrübəli mütəxəssis Ansi Aqollinin komandadan ayrılması barədə bunları deyib:

Ansin  elə bil futbolçudur ki, onu hər kəs çox sevir. Ona hər kəsin simpatiyası var. O, ən yaxşısına layiq idi. Onun ailəsi Amerikada yaşayır. Bu şansdan istifadə etmək istədi. O, 8 ildir bizmlədir. Bəlkə də indiyə kimi 4 -5 oyunda oynamayıb. Onun getməsi bizə pis təsir etsə də , hər şey onun ürəyincə olsun. Ansi “Qarabağ”lıdır, ona bundan sonrakı həyatında uğurlar arzulayırram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43