Kateqoriyasız

Prezidentdən Faiq Qarayevlə bağlı sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Faiq Qarayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İdmanxeber.az xəbər verir ki, sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Faiq Qarayev hazırda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsində çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43