Dünya futbolu

PSJ-də “Bavariya” oyunu öncəsi Neymar şoku

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununa ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Neymar zədə səbəbindən bu görüşü buraxacaq. Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye qarşıdakı iki matçda braziliyalının olmayacağını bildirib.

Fransalı mütəxəssis Neymarın olmamasını ciddi itki adlandırıb. O, onun yoxluğunda meydana üç yarımmüdafiəçi və iki hücumameyilli futolçu ilə çıxacaqlarını bildirib.

Neymar PSJ-nin “Lill”ə qarşı görüşündə (4:3) zədələnmişdi.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43