Dünya futbolu

“Barselona” 200 milyon avro qazanmalıdır – əks təqdirdə…

“Barselona” yayda heyətə yeni futbolçular cəlb etmək 200 milyon avro qazanmalıdır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə La Liqanın rəhbəri Xavyer Tebas açıqlama verib. O bildirib ki, hazırda “Barselona”nın büdcəsində növbəti transfer pəncərəsində xərcləmək üçün vəsait yoxdur:

“Klub daha öncə maliyyə pozuntularına yol verib. Qərara gəldik ki, “Barselona” bundan sonra yeni oyunçular ala bilməyəcək. Bu məsələyə ciddi nəzarət edirik. Hər transfer pəncərəsinin sonunda bütün La Liqa klublarına nə qədər xərcləyə biləcəklərini deyirik. “Barselona” maaş və transfer xərclərini 650 milyon avrodan 450 milyon avroya endirməlidir.

İndi onların büdcəsi mənfi 200 milyon avrodur. Xərcləri azaltmalı və oyunçuları əldən çıxarmalıdırlar. Rəhbərlik əldə edilən gəlirlərin yalnız 40 faizini xərcləyə bilər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43