Ölkə futbolu

“Sabah”dan bunun əvəzini çıxmağa çalışacağıq” – “Kəpəz”in kapitanı

“Rəqib güclü komandadır, amma onlardan çəkinmirik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Yusif Nəbiyev “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

25 yaşlı müdafiəçi qarşılaşmanın çətin olacağını bildirib: “Hazırlıq yaxşı əhval-ruhiyədə gedir. Görüşə motivasiya ilə hazırlaşırıq. Çünki ardıcıl iki matçlıq uğurlu seriyamız var. Öz oyunumuzu göstərmək niyyətindəyik. Ən azından xalla qayıtmaq istəyirik. Qələbə qazanmaq isə lap yaxşıdır. Amma bir xalı da nəticə hesab etmək olar. Çünki “Sabah” güclü rəqibdir”.

Nəbiyev paytaxt təmsilçisi ilə Gəncədəki matçı da xatırlayıb: “Həmin görüş ağır keçdi. 2:1 öndə olsaq da, qələbəni əldən vermişdik. Öz meydanımızda iki xal itirdiyimizi deyə bilərəm. Bakıda bunun əvəzini çıxmağa çalışacağıq. Oyuna tam ciddi şəkildə hazırlaşırıq”.

O, azarkeşlərin daim dəstəyinə ehtiyaclarının olduğunu diqqətə çatdırıb: “Onların tribunada olması böyük üstünlükdür. Səfərə gələcəklərinə və bizə dəstək olacaqlarına inanıram. Həmişə fanatların yanımızda olmasını istəyirik”.

Qeyd edək ki, martın 4-də oynanılacaq “Kəpəz” – “Sabah” qarşılaşması saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43