Kateqoriyasız

PSJ-dən görülməmiş zərər – futbol tarixində ilk

PSJ futbol tarixiinn ən pis maliyyə nəticəsini göstərib.

İdmanxeber.az-ın məlumatına görə, nüfuzlu araşdırma audit şirkəti olan “Football Benchmark” 2021-2022 mövsümündə klubların gəlirlərini hesablayıb. Araşdırma nəticəsində bəzi klubların ili zərərlə tamamladığı məlum olub.

Ən çox maliyyə itkisi PSJ klubunda qeydə alınıb. Belə ki, Paris təmsilçisi sözügedən müddətdə oyunçulara 728 milyon avro maaş ödəyib. Nəticədə komandanın xərcləri gəlirlərini üstələdiyi üçün klub 369 milyon avro ziyan edib. Bu göstəcətinin futbol tarixində ən pis nəticə olduğu vurğulanıb.

Araşdırmada PSJ ilə bərabər “Milan”, “Trabzonspor” və “Ayaks”ın da ili zərərlə tamamladığı bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43