Kateqoriyasız

“Şamaxı” Qazaxıstan klubu ilə heç-heçə etdi

Antalyada təlim-məşq toplanışını davam etdirən “Şamaxı” ilk yoxlama matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə sona çatıb.

Qeyd edək ki, bölgə klubu bu gün ikinci yoldaşlıq oyununu Rumıniyanın “Botaşani” komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43