Premyer Liqanın 22-ci turunda səfərdə “Səbail”lə qarşılaşacaq “Qəbələ” bu matç öncəsi ciddi itki ilə üzləşib.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, əyalət təmsilçisinin müdafiəçisi Ruan Renato Bakı səfərində komandasına kömək edə biməyəcək. Buna səbəb onun “Keşlə” ilə oyunda sarı kart alaraq limiti doldurması və cəzalı duruma düşməsidi.
Qeyd edək ki, “Səbail” – “Qəbələ” oyunu aprelin 10-da keçiriləcək.