Ölkə futbolu

“Qəbələ” və “Qarabağ” yarımfinalda – Yenilənib

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Premyer Liqamızın debütantı “Sabah” “Əlincə Arena”da “Qəbələ”ni qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da eynihesablı qələbə qazanan “Qəbələ” adını yarımfinala yazdırıb.

Günün digər oyununda isə “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cavab görüşündə 1:1 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksəlib.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

16:00. “Sabah” – “Qəbələ” 0:1

QOL: Monroz, 80
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”

19:00. “Keşlə” – “Qarabağ” 1:1

Qol: Amil Yunanov, 29,Miçel, 49

Qırmızı: Kuba Jezniçak, 90
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43