Dünya futbolu

“Qalatasaray” Belhanda ilə razılığa gəldi

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, İstanbul klubu Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Yunes Belhanda ilə razılığa gəlib.

“Qalatasaray”ın idman direktoru Cenk Ergün Mərakeşə uçaraq futbolçu ilə danışıqlar aparıb. Transferin reallaşması üçün “Dinamo”nun da razılığını almaq lazımdır.  

Qeyd edək ki, mərakeşli futbolçu ötən mövsümü icarə əsasında “Nitsa”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43