Dünyadan

“Qalatasaray”da ciddi itki: “Atletiko” ilə oyunda oynamayacaq

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madriddə “Atletiko” ilə qarşılaşacaq “Qalatasaray” bu oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “Benfika” ilə oyunda sarı vərəqə alan Burak Yılmaz cəzalı duruma düşüb. Sarı kart limitini dolduran “Cim-Bom”un forvardı İspaniyadakı oyunu buraxmalı olacaq.

Qeyd edək ki, “Atletiko” – “Qalatasaray” matçı noyabrın 25-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43