“Qalatasaray” növbəti transferini reallaşdırmaq üzrədi.
“Cim-Bom” “Antalyaspor”un futbolçusu Əmrah Başsanı heyətinə qatmaq istəyir.
Fatih Terimin istədiyi 21 yaşlı yarımmüdafiəçiyə görə, qarşı tərəflə danışıqlar başlanılıb. Əgər tərəflər ortaq məxrəcə gələ bilsələr Türkiyənin U-21 millisinin kapitanı “Qalatasaray”lı olacaq.