Leandro Paredes ötən ilin yayında PSJ-dən “Roma”ya transfer olub.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi paytaxt klubuna keçidini belə dəyərləndirib:
”PSJ-dən ayrılacağım dəqiq idi. “Qalatasaray”dan, Ərəbistandan və Amerikadan təkliflər almışdım. Yaxşı pullar qazana bilərdim.
”Hələ 29 yaşındayam, futbol oynamağa ac olduğumu göstərməliyəm. Ona görə də “Roma”ya gəldim”.
Paredes bu mövsüm “Roma”nın heyətində 38 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.