Dünya futbolu

“Qalatasaray”ın oyunu təxirə getdi

Türkiyə kubokunun 1/16 turunda Bolu şəhərində keçirilməsi nəzərdə tutulan “Boluspor” – “Qalatasaray” matçı təxirə salınıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qarşılaşmanın oynanacağı Bolu şəhərində günorta saatlarından davam edən güclü qar yağışı olub. İsitmə qurğusu olmayan meydanın görüş üçün əlverişsiz şəraitdə olması matçın təxirə getməsinə səbəb olub.

Qarşılaşmanın nə vaxt keçiriləcəyinə Türkiyə Futbol Federasiyası qərar verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43