29 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”: 3 günə 1 məşq

Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” klubu bu oyunun hazırlıqlarını davam etdirir.

“Xəzər Lənkəran”la baş tutan oyundan sonra dərhal hazırlıqlara başlayan komanda məşqləri Suraxanı qəsəbə stadionunda keçir.

“Qarabağ”da Rəşad Sadıqov və Nikolas Gelaşvilinin zədəsi davam edir. Adı çəkilən futbolçuların bu oyuna yetişib-yetişməyəcəyi hələlik bəlli deyil.

Artıq sabah “Qarabağ” klubu Qəbələyə yollanacaq. Səhər məşq edib Azərbaycanın şimalına yollanacaq komanda Qəbələdə 1 məşqlə kifayətlənəcək.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu şənbə günü, saat 14:30-da keçiriləcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43